“Fövqəladə vəziyyət zamanı nə etməli?” mövzusunda tədbir keçirilib

12 dekabr 2019

Paylaş:

Dekabrın 12-sə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində  “Fövqəladə vəziyyət zamanı nə etməli?” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçılarına ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması üçün lazım olan amillər haqqında ətraflı məlumat verilib və iştirakçılara fövqəladə vəziyyət zamanı ilkin addımların atılması, təhlükəsizlik üçün nələrə diqqət edilməsi lazım olduğu bildirilib. Həmçinin, əyani vəsait kimi Zərdab UADM-də olan yanğın söndürmə balonundan düzgün istifadə qaydası haqqında məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.