Komitə əməkdaşı Ukraynada “Milli səviyyədə Gender Əsaslı Büdcə” mövzusunda keçirilən təlimdə fəal iştirak edib

12 dekabr 2019

Paylaş:

2-6 dekabr 2019-cu il tarixlərində “Milli səviyyədə Gender Əsaslı Büdcə”  mövzusunda  Almaniya Əməkdaşlıq Təşkilatı tərəfindən təlim səfəri təşkil olunub.

Təlim çərçivəsində Ukraynada Gender Əsaslı Büdcələşmə Proqramının  əməkdaşları, İsveç Səfirliyin, Ukrayna Respublikasının Maliyyə Nazirliyinin, Gender Komissiyası İdarəsinin, Ukrayna Respublikasının Təhsil Nazirliyinin, Jitomir vilayəti Dövlət İdarəsinin,Ukraynanın Milli Qvardiyalarının, Bələdiyyələr və Ərazilərlə İş Nazirliyinin, BMT-nin Qadın Fondunun, Ukrayna Şəhərləri Assosiasiyasının məsul şəxsləri ilə görüşlər baş tutub.

Görüşlərdə GƏB-nin dövlət səviyyəsində həyata keçirilməsinə dair təqdimatlar, GƏB-nin regional səviyyədə həyata keçirilməsinə dair təqdimatlar, İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin Ukraynadakı GƏB təşəbbüsü ilə əlaqəli strategiya və siyasətin icmalı, GƏB Təcrübələri: proqram pasportları, büdcə tələbləri, GƏB göstəriciləri - imkanlar və problemlər, Yerli GƏB təcrübələri - proqramların, imkanların və problemlərin nümunələr, Gender Müvəkkilinin Ukraynada gender bərabərliyi və GƏB yanaşmasının həyata keçirilməsinin təqdimatı, GRB yanaşmasının vilayət səviyyəsində həyata keçirilməsi, Gender perspektivi ilə bələdiyyə inkişafı Bələdiyyə səviyyəsində tətbiq olunan GƏB yanaşmasını, GƏB yanaşmasının həyata keçirilməsi ilə bağlı təcrübələr, GƏB və GIZ-Ukrayna ilə əməkdaşlıq barədə U-LEAD hazırlıqlarının təqdimatları müzakirə olunub.

Həmin səfərdə Komitənin əməkdaşı Raidə Əmirbəyova, Almaniya Əməkdaşlıq Təşkilatının, Maliyyə Nazirliyinin, Astara Şəhər Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.