Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirlər keçirilib
Paylaş:
Dekabrın 3-ü Zərdab, Zaqatala, Sabirabad, İsmayıllı, Saatlı, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “Beynəlxalq Əlillər Günü” münasibəti ilə tədbirlər keçirilib.
Zərdabda keçirilən tədbirdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verilib, bu qəbildən olan insanların daim diqqət və qayğı ilə əhatə olunduqları qeyd edilib. Sonda tədbir iştirakçılarına çay süfrəsi təqdim olunub. Sağlamlıq imkanları məhdud şəxslərə hədiyyələr və aztəminatlı ailənin serebral iflic olan övladına uşaq arabası verilib.
Zaqatalada keçirilən tədbirdə Mərkəz xidmətlərindən bəhrələnən uşaqlar, valideynlər iştirak ediblər. Əlil uşaqlara ortopedik ayaqqabılar təqdim edilib Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Sabirabadda keçirilən tədbirdə Mərkəz qeydiyyatına alınan əlil üzvü olan 25 ailəyə ərzaq paylanılıb və xatirə şəkil çəkilib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Röya” şadlıq saraynda tədbir keçirilib. Tədbirdə Qarabağ, Çernobıl əlilləri, habelə müxtəlif səbəblərdən və anadangəlmə əlil olan 150 nəfər iştirak edib. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən 25 XQEO uşaqlar və valideynlər tədbirdə iştirak ediblər. Tədbirin sonunda Mərkəzdən bəhrələnən uşaqlara hədiyyələr təqdim edilib.
Saatlıda 130 nəfərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Beynəlxalq Əlillər Gününün tarixi haqqında ətraflı məlumat verilib. Tədbir zamanı musiqi məktəbinin şagirdləri və mərkəzin benifisiarlarının iştirakı ilə konsert təşkil olunub. Sonda rayonun müxtəlif kəndlərində yaşayan 15 əlil ailəsinə ərzaq yardımı edilib.
Qəbələdə ”Biz Bir Ailəyik ” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyətinin, Qəbələ Heydər Əliyev Mərkəzinin və Diyarşünaslıq müzeyinin əməkdaşları, Regional Asan xidmət mərkəzinin nümayəndələri, Qəbələ rayon İncəsənət məktəbinin şagirdləri və Qəbələ rayon Vəndam qəsəbə bağçasının uşaqları iştirak ediblər. Tədbirdə XQE olan insanlara həsr olunmuş video-çarx, əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Şəhər bağçalarının uşaqları hazırladıqları rəqslərlə çıxış ediblər. Tədbirin sonunda XQE olan uşaqlara çay süfrəsi və hədiyyələr təqdim edilib.