Zərdabda “Beynəlxalq Əlillər Günü” münasibəti ilə tədbir keçirilib
Paylaş:
Dekabrın 3 Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Beynəlxalq Əlillər Günü” münasibəti ilə tədbir keçirilib.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verilib, bu qəbildən olan insanların daim diqqət və qayğı ilə əhatə olunduqları qeyd edilib.
Sonda isə tədbir iştirakçılarına çay süfrəsi və saglamlıq imkanları məhdud olan şəxslərə hədiyyələr təqdim olunub və aztəminatlı ailənin serebral iflic olan övladına uşaq arabası verilib.