Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Əlillər Günü ilə bağlı tədbirlər keçirilib
Paylaş:
Dekabrın 3-ü Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəz benefisiarlarına Əlillər günü münasibətilə “Biz də sizdən biriyik” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, 16 nəfər sağlamlıq imkanı məhdud olan uşaq və onların valideynləri iştirak edib.
Məlumat verilib ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilən “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Bildirilib ki, bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarının bərabər olmasını təmin etməkdir. Tədbir iştirakçılarına izah edilib ki, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır.
Tədbirin sonunda 16 nəfər sağlamlıq imkanı məhdud olan uşağa isti geyim və qış ayaqqabısı təqdim olunub.
Dekabrın 2-si Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Əlillər gününə” həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin rəhbərliyi və rayon ərazisində yaşayan əlillər iştirak ediblər. Onların cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 3 uşağa əlil arabası, 4 uşağa ortopedik ayaqqabı və fiziki imkanları məhdud 1 uşağa xüsusi stul verilib.