Komitə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib

4 oktyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq məhkum qadın və uşaqların problemlərinin həlli, onların yenidən cəmiyyətə sağlam adaptasiya olunmalarına yönəldilmiş tədbirlər həyata keçirir. Bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli istiqamətində 3 oktyabr 2016-cı il tarixində Komitə əməkdaşları tərəfindən məhkumlarla görüşü keçirilib.Görüş zamanı 21 məhkum qadın dinlənilib və şikayət ərizələri qəbul edilib. Müraciətlər əsasən, aşağıdakı mövzuları əhatə edib:

  • Rayon və kəndlərdə övladları olan, lakin müxtəlif səbəblərdən onlarla görüşün mümkün olmaması;
  • İnternat və uşaq evlərində təhsil alan uşaqların problemləri;
  • Qadın müəssisəsində cəza çəkən qadınların ailələrinin sosial vəziyyətləri;
  • Qadın müəssisəsində cəza çəkən qadınların övladlarının doğum haqqında şəhadətnamələrinin bərpası;
  • Ailələri ilə əlaqələri kəsilmiş, qohumları tərəfindən baş çəkilməyən qadınların doğmaları ilə ünsiyyətin təşkili;
  • İran vətəndaşlarının ekstradisiyası;
  • Əfv komissiyasına müraciət;
  • Məhkuma ünvanlanmış sonra isə itirilmiş barışıq ərizəsinin bərpası;
  • Himayəyə verilmiş məhkumların uşaqlarının problemləri;
  • Mülki mübahisə.