Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Beşdən biri” adlı maarifləndirici tədbir keçirilib
Paylaş:
18 noyabr uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunmasına dair Avropa Günü ilə əlaqədar noyabrın 12-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 2 saylı şəhər orta məktəbində və Gəlmə kənd məktəblərində, 13 noyabr İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində, Ağdam İmamqulubəyli qəsəbəsində, Goranboy şəhər 2 saylı tam orta məktəbdə, Sabirabad UADM-in, Asan Xidmət Mərkəzin əməkdaşları və könüllülərinin iştirakı ilə H.Əliyev Mərkəzində, Zaqatala Qaçqın və köçkün qəsəbəsində yerləşən məktəbdə, 14 noyabr Saatlı 2 saylı tam orta məktəbdə “Beşdən biri” adlı maarifləndirici tədbirlər keçirilib. Tədbirdə UADM-in əməkdaşları, şagirdlər və müəllimlər iştirak edib.
Lanzarote Konvensiyasına görə uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün tədbirlər görülür. Tədbirdə Lanzarote Konvensiyasında 4 geniş hüquq kateqoriyasından (inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları) bəhs olunub. Eyni zamanda bildirilib ki, Avropa Şurası bu il 18 noyabr tarixinin uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunmasına dair Avropa Günü kimi qeyd edilməsini qərara almış və bununla bağlı uşaqların cinsi istismardan müdafiə olunmasına həsr olunmuş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bütün ölkələrə müraciət olunub.
Tədbirin sonunda uşaqlara qarşı zorakılıqlar və ondan qorunma haqqında tərtib edilmiş bukletlər və lefletlər paylanılıb, uşaqların suallari cavablandırılıb, mövzuyla bağlı videoçarx izlənilib.