Ağcabədi rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

14 noyabr 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.

19 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova saat 12:00-da Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının binasında (H. Əliyev prospekti 213) vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Laçın, Beyləqan, Xocavənd,  Füzuli, Ağcabədi rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində  Ağcabədi rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.