“14 noyabr Ümümdünya Diabet Günü” ilə bağlı tədbir keçiriləcək

13 noyabr 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə “14 noyabr Ümümdünya Diabet Gününə” həsr olunmuş tədbir keçiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmmadi olaraq əhali, xüsusilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 15 noyabr 2019-cu il tarixində saat 15:00-da Hokümət Evinin akt zalında (II qapı, 1-ci mərtəbə) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə “14 noyabr Ümümdünya Diabet Gününə” həsr olunmuş tədbirin kecirilməsi nəzərdə tutulur.

Tədbirdə müzakirə ediləcək məsələlərin əhəmiyyətini nəzərə alaraq, tədbirin işıqlandırılmasında KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.