“9 noyabr – Bayraq Günü” ilə əlaqədar tədbirlər keçirilib
Paylaş:
9 noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Hər il olduğu kimi bu il də Bayraq Günü xüsusi qeyd edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM ) bu günlə bağlı tədbirlər keçirilib.
Sabirabad şəhərində Yürüş keçirilib. Yürüşdə Sabirabad UADM-də fəaliyyət göstərən kurslardan yararlanan uşaqlar və mərkəz əməkdaşları iştirak ediblər. Daha sonra əməkdaşlar Sabirabad şəhəri N. Gəncəvi adına 5 saylı tam orta məktəbdə 4-cü sinif şagirdlərinin iştirakı ilə tədbir keçiriblər. Şagirdlər şeirlərlə çıxış etdikdən sonra tədbir rəsm yarışması ilə davam edib. Qaliblər mükafatlandırılıb.
Göygöl UADM-də Bayraq Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mərkəzdən bəhrələnən uşaqlar bayrağımız haqqında məlumatlar bölüşüb, şeirlər deyiblər. Tədbirin davamında uşaqlar mərkəz işçiləri ilə birlikdə hazırladıqları flaşmobu H. Əliyev parkının açıq səhnəsində tamaşaçılara təqdim ediblər. Uşaqlar Göygöl rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub.
Ağdam UADM tərəfindən 14 saylı Texniki fənlər liseyində 80 nəfər məktəblinin iştirakı ilə “Bayrağımız – qürurumuzdur” adlı tədbir keçirilib. Tədbirdə bayraq haqqında şeirlər səsləndirilib, marş oxunub. Tədbirin sonunda bütün iştirakçılar rayonda təşkil edilən Bayraq yürüşünə qatılıb və 5 km yol qət edərək Şəhidlər Xiyabanını ziyarət ediblər.
Zaqatala UADM-dəki tədbirdə mərkəz xidmətlərindən bəhrələnmiş uşaqlarla hazırlanan kompazisiya təqdim olunub. Şeirlər səsləndirilib, mahnılar oxunub.
Goranboy UADM-də “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirilib. Tədbir mövzuya aid qısametrajlı filmlərin nümayişi ilə açılıb. Uşaqlar bayrağın yaranma tarixi ilə tanış olduqdan sonra bayrağın şəklini çəkiblər.
Qəbələ UADM-də “9 noyabr Bayraq günüdür” adlı tədbir keçirilib. Tədbirdə bayraq haqqında geniş məlumat verilib. Tədbirin sonunda qeydiyyatda olan uşaqların hazırladıqları şeir səslənilib.
İsmayıllı şəhər 3 saylı baxçada UADM-nin tədbiri keçirilib. Uşaqlar bayrağın ətrafında toplaşaraq birlikdə Azərbaycanın himnini ifa ediblər. Sonra Vətənə, bayrağa aid şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.
Hacıqabul şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzində “Bir kərə yüksələn bayraq bir daha enməz!” mövzusunda tədbir keçirilib. Azərbaycan bayrağın tarixi və bu günü haqqında iştirakçılara ətraflı məlumat verilib. Mərkəz xidmətindən yararlanan uşaqlar şeirlər səsləndiriblər.
Zərdab UADM “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” mövzusunda tədbir keçirilib. Bayrağın yaranma tarixi haqqında məlumat verilib. Sonda tədbir iştirakçılarına rayon ümumtəhsil məktəbləri şagirdlərinin ifasında “Gətirin şanlı bayrağımı” adlı kompozisiya nümayiş etdirilib. Tədbirdə “Dalğalansın bayrağımız” adlı sərgi nümayiş olunub.
Saatlı UADM – ın təşkilatçılığı ilə 4 saylı orta məktəbdə «Bir kərə yüksələn bayraq bir daha enməz» adlı tədbir keçirilib. Tədbirdə uşaqlar tərəfindən şeirlər, kompazisiyalar, mahnılar təqdim edilib.
Şüvəlan UADM-ın təşkil etdiyi tədbirdə müstəqillik rəmzimiz olan bayrağımızın tarixi barədə məlumat verilib. Tədbir zamanı uşaqlar şeirlər və mahnılarla çıxış ediblər və onların əl işlərindən ibarət müsabiqə keçirilib. Sonda uşaqların güllərdən düzəltdiyi bayraq nümayiş olunub.