“Reproduktiv sağlamlıq. Erkən nikahların fəsadları” mövzusunda tədbir keçiriləcək

31 oktyabr 2019

Paylaş:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə-ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 1 noyabr 2019-cu il tarixində saat 14:30-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 15 nömrəli Bakı Peşə Liseyində “Reproduktiv sağlamlıq. Erkən nikahların fəsadları” mövzusunda nəzərdə tutulur.