“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcəkdir

22 oktyabr 2016

Paylaş:

“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 21 oktyabr 2016-cı il tarixində, saat 15:30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Pedaqoji Kolleci və “Sağlam Ailə Tibb Mərkəz”inin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Kollecində keçiriləcəkdir. Tədbirdə Komitənin nümayəndələrinin, Kollecin müəllim və tələbə heyətinin, Tibb Mərkəzinin mütəxəssislərinin ekspert qismində iştirakı nəzərdə tutulub.

Tədbirin keçirilməsinin əsas məqsədi cəmiyyət üzvləri arasında sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar barəsində maarifləndirilməsi və Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanmasıdır.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik. (Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 11, Azərbaycan Dövlət Pedaqoji Kolleci)