“Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!. Narkomaniya ilə mübarizə!” mövzusunda tədbir keçiriləcək

24 oktyabr 2019

Paylaş:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsilli müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məlumatları) və QİŞS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarında yerləşən ilk peşə- ixtisas təhsil müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 25 oktyabr 2019-cu il tarixində saat 15:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyində “Sağlam həyat tərzi naminə ziyanlı vərdişlərə YOX deyək!. Narkomaniya ilə mübarizə!” mövzusundə nəzərdə tutulur.