Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar silsilə tədbirlər keçirir

20 oktyabr 2016

Paylaş:

18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri silsilə tədbirlər həyata keçirir.

Xüsusilə də, uşaqların iştirakı ilə keçirilən tədbirlərdə çıxış edənlər dövlətimizin müstəqillik tarixində əldə etdiyi uğurlardan danışıb, onları şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqilliyimizin keşiyində möhkəm dayanmağa səsləyiblər.

Dövlət Müstəqilliyimizin 25 illiyi ilə əlaqədar Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məktəb şagirdlərinin Ulu Öndər Heydər Əliyevin abidəsinə və Şəhidlər Xiyabanına ziyarəti, rayon ərazisində yerləşən muzeylərə ekskursiyalar, müxtəlif fləşmoblar təşkil olunub, müstəqilliyinə həsr olunmuş inşa müsabiqələri və rəsm sərgiləri keçirilib.