“Art terapiyanın əsasları” adlı təlim keçirildi

20 oktyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublikanın 11 rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə İsrail Dövlətinin Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində 19-20 oktyabr 2016-cı il tarixlərində “ART terapiyanın əsasları” adlı təlim təşkil edib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil edilmiş təlim İsrail Dövlətindən dəvət olunmuş art terapiya üzrə təlimçı xanım Orly Yosevzon tərəfindən keçirilib. Təlimin mövzusu art terapiyanın əsasları və  metadologiyası, art terapiyanın praktikada tətbiqi olub.

Təlimə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin direktorları, uşaq inkişafı üzrə mütəxəssisləri, tələbələr, valideynlər və könüllülər olmaqla ümümilikdə 47 nəfər cəlb edilib. İki gün ərzində keçirilən təlimdə iştirakçılar art terapiya metodikasının əsaslarını əks etdirən təqdimatla tanış olub, eyni zamanda xanım Yosevzon tərəfindən keçirilən praktik məşğələdə iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.