“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Pedaqoji Kolleci və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 21 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələrin və Kollecin müəllim heyətinin iştirakı ilə “Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə cəmiyyət üzvləri arasında sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği haqqında, əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar ətrafında müzakirələr aparılıb.