Hərbi hissələrdə və hərbi təhsil müəssisələrində maarifləndirmə tədbiri keçiriləcək

2 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən Müdafiə Nazirliyinin dəstəyi ilə hərbi hissələrdə, hərbi təhsil müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ekspertlərin iştirakı ilə əsgərlər, zabitlər, hərbçilər və kursantlar üçün maarifləndirmə tədbirləri həyata keçirilir.

Layihə çərçivəsində növbəti tədbirin keçirilməsi 4 oktyabr 2019-cu il tarixində saat 12.00-da N saylı hərbi hissədə zabit və əsgər heyətinin iştirakı ilə  planlaşdırılır.