Göygöldə “Tolerantlıq ölkəsinə səyahət” adlı maarifləndirici tədbir keçirilib
Paylaş:
Avqustun 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Göygöl şəhər Mərkəzi kitabxanasında məktəblilərə sülhün önəmini aşılamaq məqsədi ilə “Tolerantlıq ölkəsinə səyahət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə uşaqlara əvvəlcə “tolerantlıq nədir? tolerant olmaq üçün özümüzü necə inkişaf etdirməliyik?” kimi mövzularda geniş məlumat verilib. Kitabxana işçiləri məktəblilərə, dünya yazarlarının əsərlərindən misallar göstərərək tolerant olmağın önəmini vurğulayıblar. Tədbir uşaqlarla diskussiya şəklində davam edib.