Şamaxı rayonunda vətəndaşların qəbulu keçiriləcək
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
26 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova saat 11:00-da Şamaxı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.