İsmayıllı rayonunda vətəndaşların qəbulu keçiriləcək
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.26 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda İsmayıllı və Qəbələ rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.