Ağdamda uşaqların ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” çərçivəsində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunda uşaqların ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunmuşdur. 01.06.2019-cu il tarixdə rayonun Dörd Yol Xəstəxanasında baş tutmuş müayinədə Ağdam rayonunda yaşayan aztəminatlı ailələrdən olan, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarı olan uşaqlar iştirak etmişdirlər. Müayinədə stomatoloq, nevropatoloq, aftalmoloq və həkim terapevtlər tərəfindən 200-dən çox uşaq müxtəlif xəstəliklərə görə müayinə edilmişdir.