“Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçiriləcək
Paylaş:
30 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçiriləcəkdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova, sahibkar qadınlar Mehrəngiz Əkbərova və Sürəyya Quliyeva çıxış edəcəkdir.
Tədbirdə “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” mövzusunda film nümayiş olunacaqdır.
Tədbir saat 30 may 2019-cu il tarixində 11.00-da Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Biznes Mərkəzində keçiriləcəkdir.