Mətbuat üçün açıqlama

23 may 2019

Paylaş:

     22 may 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi mövqeyini əks etdirməyən məlumat yayılmışdır. Bildiririk ki, Komitənin əməkdaşı Aynur Veysəlova-Abbasova qeyd olunan məlumatla bağlı heç bir açıqlama və ya müsahibə verməmişdir. Təəssüflər olsun ki,  21- 22 may 2019-cu il tarixində Siyəzən rayonunda təşkil olunan “media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi” mövzusu üzrə keçirilən praktik seminarda Komitə əməkdaşının mövzu ilə bağlı qeyd etdiyi məsələ bir neçə jurnalist tərəfindən kontekstdən çıxarılaraq fərqli tərzdə təqdim olunmuşdur. Bir daha qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiya Komitənin rəsmi mövqeyini əks etdirmir.