Ağdamda erkən nikahlar və onun fəsadları mövzusunda orta məktəblərdə preventiv tədbirlər keçirilir
Paylaş:
19 aprel 2019-cu il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam Əhmədağalı kənd orta məktəbində müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikahlar və onun fəsadları” mövzusunda 30 nəfərin iştirakı ilə preventiv yığıncaq keçirilib.
Yığıncaqda məktəblilər erkən nikahlar və onun insan sağlamlığına mənfi təsirləri haqqında mərkəz işçilərinin mühazirəsini dinləyiblər. Yığıncaq maraqlı diskussiya şəklində keçirilib və məktəblilərin sualları cavablandırılıb. Erkən nikaha məcbur edilmə zamanı nəzərdə tutulan qanunla qadağalar və cərimələr haqqında məlumat əldə edən iştirakçılara erkən nikahlar haqqında məlumatlandırma materialları təqdim edilib.