Gender həssas büdcə mövzusunda təlimlər keçiriləcək.
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) icra etdiyi Yaxşı Yerli İdarəetmə Proqramının birgə təşkilatçılığı ilə gender bərabərliyini təmin etmək üçün Gender həssas büdcə mövzusunda 30 aprel – 2 may 2019-cu il tarixlərində saat 10.00-dan 17.00-dək Bakı şəhərində Holiday İnn mehmanxanasında 3 günlük təlim kursu keçiriləcəkdir. Seminarın keçirilməsində məqsəd gender büdcəsi ilə bağlı hüquqi əsaslandırmanın, bu sahədə ehtiyacların araşdırılması, müxtəlif səviyyələrdə (bələdiyyə və mərkəzi) gender büdcənin təşkili üçün prinsiplərin müəyyən edilməsi və beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasıdır. Təlim beynəlxalq ekspert Elisabet Klatzer tərəfindən aparılacaqdır.
Həmçinin təlimdə qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən dövlət orqanlarının məruzələri dinləniləcək və dövlət orqanlarının bu sahədə apardıqları siyasətlər haqqında məlumatlar vərəcəkdir.