“Ana südü ilə qidalanma” mövzusunda tədbir keçiriləcək

11 mart 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələrində keçirilən tədbirlərin davamı olaraq, növbəti tədbirin keçirilməsi 12 mart 2019-cu il tarixində saat 12.00-da Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (2 nömrəli Bakı Peşə Məktəbində) qız tələbələri üçün “Ana südü ilə qidalanma” mövzusunda nəzərdə tutulur (Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 5B).