“Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir keçiriləcək

4 mart 2019

Paylaş:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilib.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, 2019-cu il ərzində tədbirlərin keçirilməsi Bakı şəhərində və regionlarda yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində planlaşdırılır. Növbəti tədbirin keçirilməsi 4 mart 2019-cu il tarixində saat 11.00-da Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 16 nömrəli Bakı Peşə Liseyində “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası”  mövzusunda nəzərdə tutulur (Ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi Məhərrəm Seyidov küç.2).