Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sosial xidmətlər və xidmətlərin qiymətləndirilməsi” adlı təlim seminarlar keçirildi
Paylaş:
22-25 noyabr 2016-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Sosial İş Birliyi Fulbrayt proqramı çərçivəsində ABŞ səfirliyinin dəstəyi ilə “Sosial xidmətlər və xidmətlərin qiymətləndirilməsi” adlı təlim seminarlar keçirilib. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri üçün nəzərdə tutulan təlimdə təlimçi qismində ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru xanım Letisya Villarreal Sosadır.
Təlimdə iştirakçılara sosial işdə tədqiqat metodlarına, zərərli vərdiş alüdəçiləri və insan alveri qurbanları ilə sosial işin təşkilinə dair məlumat verilib