11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Biz zorakılığa YOX deyirik” həftəsinə start verilmişdir

26 noyabr 2016

Paylaş:

“25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi “Biz zorakılığa YOX deyirik” həftəsinə start vermişdir. Həftə çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə rayon və kəndlərdə keçirilən tədbirlərdə icma üzvləri qadınlar və gənc qızlar iştirak etmişdir. Tədbirlərdə qadınlara bütün dünyada olduğu kimi ölkəmizdə də rast gəlinən gender əsaslı zorakılıq- erkən nikah, qızların təhsildən yayınması, qadın əməyinin istismarı, qadınlara qarşı fiziki, cinsi, psixoloji, iqtisadi və s. kimi problemlər barədə məlumat verilmiş, problemin həlli yolları müzakirə edilmişdir. İştirakçılara həmçinin, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun və Azərbaycan müstəqillik qazandıqdan sonra qadına verilən dəyər barədə məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı məlumatlandırma vərəqələri paylanmışdır.