Beynəlxalq Əlillər Günü münasibətilə Bakı Oksford məktəbində tədbir keçiriləcək
Paylaş:
Xüsusi qayğıya ehtiyacı və əlilliyi olan uşaqların reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onların digər vətəndaşlarla bərabər imkanlar alması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir.
Bu istiqamətdə Komitə tərəfindən həmin uşaqların cəmiyyətə inteqrasiyası və ünsiyyətini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
3 dekabr bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır.
Bu tədbirlərin davamı olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara şən əhval ruhiyyə bəxş etmək onların, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ailə, Qadın və Uşaq Problemləri uzrə Dövlət Komitəsi 3 dekabr 2018-ci il tarixində saat 15:00-da Bakı Oksford məktəbində, “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin uşaqları və Bakı Oksford məktəbində təhsil alan uşaqların iştirakı ilə mahnı və rəqs nömrələrinin, həmçinin “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edəcək.
Tədbir uşaqlar üçün təşkil olunan nahar yeməyi ilə yekunlaşacaq.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 110
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.