“Azərbaycan ailəsi 2018” film festivalının mükafatlandırılma mərasimi keçiriləcək

27 noyabr 2018

Paylaş:

2009-cu ildən etibarən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu, 2018-ci ildən isə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalı, 2014-cü ildən isə “Azərbaycan ailəsi” film festivalı çərçivəsində  “Həyatdan şəkilə” foto müsabiqə keçirilir. 

30 mart 2018-ci il tarixində start verilmiş “Azərbaycan ailəsi 2018” film festivalına 57 film təqdim olunmuşdur onlardan 54 müsabiqəyə buraxılıb.

Müsabiqədə iştirak etmək üçün təşkilat komitəsinə, 5 Bədii film, 3 Televiziya verilişi (ARB Media Şirkətinin televiziya verilişləri), 6 Sənədli film, 12 Tələbə filmi, 12 Xarici film (Rusiya, Belarusiya, Mərakeş və İran), 1 Cizgi film, 8 Sosial çarx, 7 Vətənpərvərlik mövzusunda olan filmlər (müsabiqədə 34 yerli rejissor iştirak etmişdir), “Azərbaycan ailəsi” film festivalı çərçivəsində keçirilən “Həyatdan şəkilə” foto müsabiqəyə isə 22 iştirakçı tərəfindən 82 fotoşəkil təqdim olunmuşdur. 

Onu da qeyd etmək lazımdır ki, 10 il ərzində müsabiqədə 339 film iştirak etmişdir, o cümlədə 39 xarici film (Türkiyə,  Rusiya, Belarusiya, Ukraina, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakkeş və Fransa) və 449 fotoşəkil.

Qalib gəlmiş işlər, “Baş mükafat”, “Ən yaxşı fotoşəkil”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film” nominasiyalar üzrə mükəfatlandırılacaq. Bunan başqa müsabiqədə iştirak edən 20 fotoqraf və rejissor xüsusi mükafatlara layiq görüləcək.

 “Azərbaycan ailəsi 2018” film festivalı qaliblərin mükafatlandırma mərasimi 29 noyabr saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.