Məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə tədbiri keçirildi

23 oktyabr 2018

Paylaş:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi  “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı  layihəsi çərçivəsində məcburi köçkün icmalarında yaşayan qadınlar və xüsusi ilə gənc qızlar üçün məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə tədbirləri  Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə mütəmadi olaraq həyata keçirilir.

Növbəti təlim 23 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonunun Gənclər Evində keçirilib. Təlim iştirakçılarına cinsi və gender zorakılığının növləri, onların fəsadları və onların qarşısını alınması üçün mövcud qanunvericilik və mövcud müdafiə mexanizmləri, xüsusilə mühafizə orderi haqqında geniş məlumat verildi. Qeyd edək ki, tədbirdə məcburi köçkün icmalarında yaşayan 28 nəfər qadın və xüsusilə gənc qızlar aktiv iştirak etdilər.