Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları yanında operativ işçi qrupları (şəbəkələr) yaradılıb
Paylaş:
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”adlı Layihəsi çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Ağdam rayon icra hakimiyyətləri yanında Komitənin yaratdığı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları yanında operativ işçi qrupları (şəbəkələr) yaradılmışdır.
Şəbəkələr rayon ərazisində məişət zorakılığına qarşı mübarizə üzrə qanunlardan irəli səlahiyyətləri və vəzifələri həyata keçirən dövlət və qeyri dövlət orqanlarının bir-biri ilə yaxşı əlaqələndirilmiş sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək, həmçinin məişət zorakılığının qarşısının alınması və məişət zorakılığı hallarına qarşı effektiv cavab tədbirlərini (müraciətlərin qəbulu, yönləndirmə, əlaqələndirmə) həyata keçirtmək məqsədi ilə yaradılır.
Qrupun digər məqsədləri aşağıdakılardır:
- Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlər planı hazırlamaq və həyata keçirtmək;
- Məişət zorakılığı hallarına qarşı səmərəli cavab tədbirlərini təmin etmək üçün müvafiq dövlət və qeyri dövlət qurumları arasında əlaqələndirməni təmin etmək, müraciətlərin yönləndirmə sistemini yaratmaq və zorakılığın dərəcəsini və nəticələrini məhdudlaşdırma üzrə tədbirləri müəyyənləşdirmək;
- Məişət zorakılığı qurbanlarına səmərəli müdafiə və dəstək tədbirlərinin göstərilməsi işini təmin etmək üçün tədbirlər görmək;
- Məişət zorakılığı ilə mübarizə fəaliyyətinin öz səlahiyyətləri daxilində monitorinqini və qiymətləndirməsini aparmaq və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün illik hesabatlar, tövsiyyə və təkliflər hazırlamaq.
Layihəsi çərçivəsində növbəti şəbəkə 12 noyabr 2018-ci il tarixdə Füzuli rayonun Horadiz şəhərin Heydər Əliyev mərkəzində layihə rəhbəri və gender üzrə ekspert Lyudmila Xəlilova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məsul şəxsi Məftunə İbrahimova, rayon icra hakimiyyətinin başçısının müavini Gülbahar Eyvazova, məktəb psixoloqların, səhiyyə, polis və bələdiyyə nümayəndələrinin iştiraki ilə keçirilən tədbirdə yaradılmışdır.
Şəbəkə üzvlərinə bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.7.-ci bəndində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqinin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulmuşdur. Qruplarda “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanlarının təmsil olunurlar. Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları yaradılmışdır.