160 saylı Klassik Gimnaziyada tədbir keçirildi
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2018-2019-cı illərdə orta məktəblərin yuxarı sinif (X-XI siniflər) şagirdləri ilə Lider qadınlarla görüşlər həyata keçirməyi planlaşdırır.
Görüşlərin keçirilməsində məqsəd ölkənin ictimai-siyasi, sosial-mədəni və elmi həyatında öz fəallıqları ilə fərqlənən, rəhbər vəzifələrdə çalışan qadınların şagirdlərlə öz təcrübələrini bölüşməsi və dəyərli tövsiyələrini verilməsidir.
İlk görüş 15 noyabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Elmira Süleymanovanın iştirakı ilə Bakı şəhəri Səbail rayonunda yerləşən 160 saylı Klassik Gimnaziyada həyata keçirilib.
Görüşdə Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri,
son dövrlərdə ölkədə aparılan uğurlu təhsil islahatları, uşaq hüquqları, gənc nəslin cəmiyyət üçün yararlı vətəndaş hazırlanmasında, hərtərəfli şəxsiyyət kimi formalaşmasında müəllimlərin müstəsna rolu, eyni zamanda, qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq, erkən nikah və onun fəsadları haqqında məlumat verilib.
Görüşün sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.