Komitənin maarifləndirici Veb-Forumu fəaliyyətə başlayır

8 noyabr 2018

Paylaş:

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 12 noyabr tarixindən başlayaraq rəsmi veb saytında yeni bir “online” xidmətə start verir.

Artıq mütəmadi olaraq, Forum fəaliyyət göstərəcək. Forum çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi və Komitənin fəaliyyət

 dairəsinə daxil olan məsələlərlə bağlı suallara cavab veriləcəkdir.

12 noyabr saat 15:00 – 17:00 aralığında Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova tərəfindən “Ailə, qadın və uşaq məsələləri üzrə qanunvericilik və  hüquqi  tənzimləmə”  mövzusu  ətrafında  vətəndaşların  sualları  “online”  şəkildə  operativ  qaydada  cavablandırılacaqdır. Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi “facebook” səhifəsindən də istifadə edə biləcəklər.