Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi təfərindən maarifləndirmə tədbiri keçirilmişdir
Paylaş:
Oktyabrın 26-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən rayonun Heydər Əliyəv Mərkəzində “İnsan Hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir gənclərin fəallıqları ilə yadda qaldı. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyası və Qanunvericiyinə uyğun olaraq hüquqları barədə məlumatlandırıldı. Öz fikirlərini çox asanlıqla izah edən iştirakçılar, verilən sualları cavablandırdı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi