“Ziyanlı vərdişlərə YOX deyək!” mövzusunda tədbir Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilmişdir.
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, ailə planlaşdırılması və digər mövzular ətrafında maarifləndirilməsi istiqamətində layihələr həyata keçirilir.
Bu istiqamətdə növbəti tədbir 12 oktyabr 2018-ci il tarixində saat 13:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan tələbələr üçün keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tərbiyə işləri üzrə direktor müavini
Şahmurad Məmmədov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində Komitə tərəfindən görülmüş işlərdən danışıb.
Kamila Əliyeva çıxışında sağlam həyat tərzinin ailənin, məişətin, asudə vaxtın və ictimai fəaliyyətin səmərəli təşkilini özündə əks etdirdiyini bildirərək eyni zamanda sağlam həyat tərzinin ailədaxili münasibətlərdə şiddətin və zorakılğın profilaktikasının olduğunu
qeyd edib.
Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Hədəf” və “Ailə bir ağacdır” filminin nümayişi böyük diqqətlə izlənilmişdir.
Sonra çıxış edən səhiyyə mütəxəssisi Zümrüd Kazımova “Ziyanlı vərdişlərə yox deyək” mövzusunda təqdimatla çıxış etmişdir. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, reproduktiv sağlamlıq barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunmuşdur.