Övladlığa götürmənin hüquqi aspektləri, uşaq hüquqları, boşanmalar və erkən nikahlarla bağlı mühazirə oxunub
Paylaş:
6 dekabr 2016-cı il tarixində Bakı Dövlət Universitetinin hüquq fakültəsində Hüquqi təminat şöbəsinin əməkdaşları tərəfindən ailə hüququnun tərkib hissəsi kimi övladlığa götürmənin hüquqi aspektləri, uşaq hüquqları və boşanmalar, erkən nikahlarla bağlı maarifləndirmə məqsədilə mühazirə oxunub.
Giriş sözünü hüquq kafedrasının professoru Məhəbbət Dəmirçiyeva açaraq uşaq hüquqlarının təmin olunmasında Dövlət Komitəsinin əhəmiyyətli rolundan bəhs edib. Ailə hüququnun tərkib hissəsi kimi uşaqların övladlığa götürülməsi həssas bir institutdur bu baxımdan tələbələrin bu mövzuda praktiki baxımdan məlumatlandırılmasına ehtiyac vardır.
Daha sonra dərs prosesinin davam etdirilməsi Seymur Məmmədova həvalə edilib, tələbələrə ölkələrarası övladlığa götürmə barəsində onun tarixi kökləri dünya təcrübəsi haqqında danışılıb, övladlığa götürmənin uşaqların həyatında dönüş yaratdığı bildirilib və auditoriya ilə interaktiv söhbət aparılıb.
Mövzunun davamı olaraq Tural Hüseynzadə ölkəmizdə uşaq hüquqlarını müdafiə edən təşkilatlar barəsində məlumat verib, erkən nikahlar və məişət zorakılığı ilə bağlı tələbələrlə müzakirələr keçirilib. Dərs prosesində ailə hüququnun ayrılmaz hissəsi kimi boşanmalara münasibət bildirilib qadın hüquqlarının təmin olunması, onların zorakılıqdan müdafiəsi üçün müvafiq məlumatlar diqqətə çatdırılıb.