Nümunəvi ailə modeli: "Əliyevlər ailəsi"
Paylaş:
Öz nümunəviliyi, şərəfli həyat yolu ilə seçilən Azərbaycanın nümunəvi və uzunömürlü ailələrini sizlərin mütaliəsinə təqdim edirik
Əliyev Avil və Əliyeva Roza 60 ildən çox birgə ailə həyatı sürür, nümunəvi və uzunömürlü ailə kimi tanınır. Onlar 1950-ci ildə rəsmi nikaha daxil olublar. Hazırda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Avil müəllim və Roza xanımın 6 övladı, 15 nəvəsi və 13 nəticəsi vardır. Onlar öz uğurlu ailələrə ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər.
Əliyevlər ailəsinin müsahibəsi:
“İlk növbədə yaşadığım həyata, qurduğum ailəyə, uşaqlarıma, nəvə-nəticələrimə görə Allahıma sonsuz şükürlər deyirəm. İnsan şükürlü olmalıdır ki, Allah hər zaman onun yanında olsun. Bəli....68 il birgə bir damın altında yaylıyıb qışlamaq çox çətin bir işdir, lakin bizə heç çətin olmadı. Həyatımızı anlayışlı, bir birimizə hörmət havasında yaşadıq. Hər günümüzü şükür ilə açdıq, hər gün bir birimizə daha da bağlandıq. Övladlarımıza örnək olaraq mehriban olan, dərdləşən, deyib gülən ailə göstərdik. Onlar da bu yolu davam etdirirlər. Şükürlər olsun ki, övladlarımın ailələri nümunə göstərilən ailələrdir.”