Nümunəvi ailə modeli: "Qəhrəmanovlar ailəsi"

2 oktyabr 2018

Paylaş:

 

Artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytının yeni bir bölməsi fəaliyyətə başlamışdır. Bugündən başlayaraq müvafiq olaraq hər gün öz nümunəviliyi, şərəfli həyat yolu ilə seçilən Azərbaycanın nümunəvi və uzunömürlü ailələrini sizlərin mütaliəsinə təqdim edəcəyik.

Qəhrəmanov Balabəy və Qəhrəmanova Bağdagül 60 ildən çox birgə ailə həyatı sürür, nümunəvi və uzunömürlü ailə kimi tanınır. Onlar 1952-ci ildə rəsmi nikaha daxil olublar. Hazırda Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxozda yaşan Balabəy müəllim və Bağdagül xanımın 11 övladı,  35 nəvəsi və 17 nəticəsi vardır. Onlar öz uğurlu ailələrə ilə Azərbaycan ailə modelini bir daha layiqli şəkildə nümayiş etdirirlər.

Qəhrəmanovlar ailəsinin müsahibəsini diqqətinizə təqdim edirik:

“62 ildir artıq ki, xoşbəxt ailə həyatı sürürük. 11 övladı boya-başa çatdırmaq, onları oxudub ev-eşik etmək asan iş deyil, ama bir-birimizə dayaq dəstək olmağımız bizə bu çətin işdə kömək oldu.  Hər zaman övladlarıma, nəvələrimə, nəticələrimə də dediyim sözlərdə, öyüt nəsihətlərdə  ailələrində, həyatlarında səbrli olmaqlarını tövsiyə edirəm. Övladlarıma, nəvələrimə gələcək həyatlarında necə olmaqlarını öz nümunəm ilə öyrətmişəm.  Bütün gənclərə tövsiyəm də odur ki, ailənizin qədrini bilin, ailənizlə mehriban olun, ailənizdə böyük-kiçik yerini bilin.”