“Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə kampaniyasına həsr olunmuş tədbirlər keçirilib

9 dekabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Futuroloqlar Cəmiyyəti ilə birgə 6-7 dekabr 2016-cı il tarixlərində Nəsimi rayonu 164 saylı və Ağdam rayonu 42 saylı məktəblərdə 9-11-ci sinif şagirdləri, valideyn və müəllim kollektivinin iştirakı ilə maariflədirici tədbirlər həyata keçirib.

Tədbir  “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə kampaniyasına həsr olunub.

Tədbirdə Qadın Problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, Futuroloqlar Cəmiyyətinin Ekspertlər Şurasının sədri Bella Cəlolova, Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsinin Dillər kafedrasının müəllimi, ilahiyyət üzrə fəlsəfə doktoru dosent Səbinə Mirzəyeva cıxış edib.

Tədbirdə erkən nikah hallarının aradan qaldırılması,  qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.