Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi “Narkomaniya və onun fəsadları” mövzusunda tədbir keçirmişdir

21 sentyabr 2018

Paylaş:

Sentyabrın 19-da Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən şəhər 2 saylı orta məktəbdə “Narkomaniya və onun fəsadları”  mövzusunda maarifləndimə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi, əlli nəfər  yuxarı sinif şagirdləri və müəllimlər  iştirak etmişdir.  Tədbirdə çıxış edənlər iştirakçılara narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verdilər və mövzuya uyğun slayd göstərdilər. Sağlam həyat tərzinin təbliği məqsədilə uşaqlara faydalı vərdişlərə yiyələnməkləri tövsiyyə edildi. Interaktiv şəkildə davam edən tədbir zamanı uşaqları maraqlandıran suallar cavablandırıldı və iştirakçılara mövzuya uyğun buklet təqdim edildi.