Avropa Şurasının Gender Bərabərliyi Strategiyası (2018-2023)

12 sentyabr 2018

Paylaş:

Avropa Şurasının Gender Bərabərliyi Strategiyası (2018-2023) cari ilin mart ayında qəbul olunub
 Yeni Strategiya hüquq və siyasət sahələrində gender bərabərliyi ilə bağlı Avropa Şurasının əldə etdiyi zəngin təcrübəyə, eləcə də birinci belə strategiya sənədi olan Avropa Şurasının "2014-2017-ci illər üçün Gender Bərabərliyi Strategiyası"nın nailiyyətlərinə əsaslanmaqla hazırlanıb. Yeni Strategiya 2018-2023-cü illər üçün Avropa Şurasının gender bərabərliyinə dair hədəflərini və prioritetlərini özündə əks etdirir, iş metodlarını və əsas tərəfdaşları, habelə nəticələrin əyaniliyinin artırılması üçün tələb olunan tədbirləri müəyyənləşdirir.   
Avropa Şurasının Gender Bərabərliyi Strategiyasında (2018-2023) 6 Strateji məqsəd əks olunmuşdur: 
Gender stereotiplərinin və seksizmin qarşısının alınması və onlarla mübarizə aparılması; Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə aparılması; Qadınların ədalət mühakiməsinə bərabər çıxış imkanlarının təmin edilməsi  Strateji məqsəd 4: Siyasi və ictimai qərarların qəbulunda qadınların və kişilərin balanslı iştirakına nail olunması; Miqrant, qaçqın və sığınacaq axtaran qadın və qızların hüquqlarının qorunması; Bütün siyasət və tədbirlərdə gender bərabərliyinin nəzərə alınmasına nail olmaq .
Avropa Şurasının Gender Bərabərliyi Strategiyası (2018-2023)  Azərbaycan dilinə tərcümə olunub. Tərcümə Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində həyata keçirilmişdir.
Avropa Şurasının Gender Bərabərliyi Strategiyası (2018-2023) ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz.