BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Paylaş:
Sentyabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İP-in Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsinin müavini cənab Alessandro Frankassetti və Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisində regional direktorunun müavini, ölkə üzrə missiya rəhbərinin müavini xanım Simone Haeberli ilə görüşü keçirilib.
Görüş zamanı Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT İP-lə yüksək əməkdaşlıq münasibətlərinin olduğunu, keçirilən layihələrin vacibliyini bildirib. Komitə sədri qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan Hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalini məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından əhəmiyyətlidir. Eyni zamanda, ölkəmizin qarşısında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi bizim əsas hədəflərimizdəndir. Həmçinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələrək qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərilməlidir. Və əlbəttə, aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Bununla bağlı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə reallaşdırdığımız layihələrin, layihə çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzlərinin fəaliyyəti çox əhəmiyyətlidir. Xüsusilə, qaçqın və məcburi köçkün, o cümlədən, təmas xəttində yaşayan qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir. Xanım Hüseynova qeyd edib ki, “ beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması da çox önəmlidir. 2012-ci ildən SPEKA - ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır”.
BMTİP-in Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsinin müavini cənab Alessandro Frankassetti həyata keçirilən layihələrin çox müsbət nəitəcələr veridiyini qeyd edib. O, bundan sonra da əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin görülməsinə ehtiyac olduğunu vurğrlayıb. Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisində regional direktorunun müavini, ölkə üzrə missiya rəhbərinin müavini xanım Simone Haeberli isə qadın sahibkarlığı və onların səlahiyyətləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirərəkbununla bağlı öz fikirlərini bölüşüb.
Görüşdə qadın sahibkarlığın inkişafı, əməkdaşlıq səviyyəsinin artırılması və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.