Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı

27 avqust 2018

Paylaş:

      Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi  və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı ilə küçə həyatı yaşayan uşaqların hüquqlarının müdafiəsi, belə uşaqlar və onların ailələri ilə kompleks sosial işin aparılması məqsədilə Ağstafa və Qazax sərhədyanı    rayonlarında həyata keçiurilən tədbirlər artıq müsbət nəticələr verməkdədir.

      Layihə çərçivəsində ezam olunmuş sosial işçilər,  İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri  və hüquqlarının müdafiəsi üzrə komisyaların işinə dəstək olaraq uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyaclarını qiymətləndirir, küçə həyatına məruz qalmağın səbəblərini araşdırır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edirlər. Həmin plan əsasında uşaqların sosial, psixoloji, hüquqi problemlərinin həlli, o cümlədən, təhsilə cəlb olunması, sağlamlıq imkanlarının  məhdudluğunun müəyyən edilməsi, sənəd problemlərinin həlli, müalicə və müayinənin təşkili üçün aidiyyatdı dövlət qurumları ilə əlaqələndirilir və yönlədirilir. Layihə müddətində İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə Komisiya  ilə sosial işçilərin  sıx əməkdaşlığı, komisyanın əməkdaşlarının sosial iş sahəsində bilik və bacarıqları daha da inkişaf etməsinə  və onlar həssas qruplardan olan uşaqlarla işlərin təkmilləşdirməsinə, bu prosesin davamlı olmasına imkanlar yaradır.

      Layihənin ilkin mərhələsində 60 ailədən müraciət daxil olub, 53 ailəyə isə sosial işçilər tərəfindən səfər olunub. Bir ay ərzində Ağstafa və Qazax rayonları üzrə layihədən bəhrələnənlərin sayı  170 olmuşdur ki,  onlardan 66 nəfər  birbaşa, 104nəfər isə dolayısı ilə bəhrələnmişdir. 170 benefisiarın 100 nəfəri uşaqlar olmuşdur. Bunlardan 10 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır. .