“Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir
Paylaş:
Mayın 31-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun Qarasu kənd orta məktəbində “Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Rayon Yetkinlik Yaşına Çatmayanların işləri üzrə komissiyanın sədri, Qarasu kənd orta məktəbinin direktoru, Rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə Komissiyasının sədri və əlli nəfər şagird iştirak etmişdir.
Tədbirdə çıxış edən qonaqlar “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verdilər. Tədbir daha sonra müzakirələr şəklində davam etdi və iştirakçılara maarifləndimə bukletləri təqdim edildi.