Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Aqressiya qurbanı olan günahsız uşaqların günü münasibətilə müharibədən əziyyət çəkən uşaqlarla gəzinti təşkil etdi
Paylaş:
Iyunun 4-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Birləşmiş Millətlər Təşkilatının elan etdiyi 4 iyun aqressiya qurbanı olmuş günahsız uşaqların günü münasibətilə Ağdam rayonu Təzəkənd və Təzəkənd köçkün qəsəbəsində yaşayan aprel döyüşlərindən əziyyət çəkmiş, müharibə depressiyası yaşamış uşaqlarla təbiət qoynunda gəzinti- ekskursiya təşkil edilmişdir.
Məlumdur ki, Qarabağ münaqişəsi zəminində evlərindən, doğma yurdundan didərgin düşmüş məcburi köçkün uşaqlar daim atəşkəs rejiminin pozulması halları ilə üzləşir, müharibə meydanında iştirakçıya çevrilirlər. Atəşkəs rejiminin tez-tez pozulması, top-tüfəng, avtomatdan atılan səslər uşaqların uşaq dünyasını məhv etməklə onların psixologiyasında müharibə qorxusu deyilən fobiyanı da yaratmış olur. Bu uşaqlar təhsil alarkən hafizə və diqqət zəifliyi özünü biruzə verir. Mərkəz tərəfindən daim belə uşaqlarla yay tətili müddətində və asudə vaxtlarında onlarla rəngarəng proqramlar hazırlanır və uşaqların depressiyadan çıxmalarına yardım edilir. Odur ki mərkəzdə belə uşaqlar üçün psixoloji yardım - məsləhət xidməti, rəsm, rəqs, inkişafetdirici məşğələlər keçirilərək uşaqların sosial rifahının təmin olunmasına dəstək verilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi