“Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir Sumqayıt Dövlət Universiteti nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində keçirildi.

5 may 2018

Paylaş:

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə və Təhsil nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə növbəti tədbir 4 may 2018-ci il tarixində
saat 11:00-da Təhsil nazirliyinin tabeliyində olan Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində təhsil alan kollecin qız tələbələri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universiteti nəzdində Azərbaycan Sumqayıt Dövlət Texniki Kollecinin Tədris İşləri üzrə direktor müavini Əsəd Qurbanov tədbir iştirakçılarını salamlayaraq bu istiqamətdə tədbirlərin təhsil müəssisələrində, xüsusilə gənclər arasında keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, tədbirin təşkilatçılarına Kollec rəhbərliyi adından öz minnətdarlığını bildirib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva  ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışıb, eyni zamanda xüsusilə aktual olan ailə zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat verib.  
Daha sonra  Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Xoşbəxtliyin açarı” və “Olum yoxsa Ölüm” ( To be or not be ) filmlərinin nümayişi böyük diqqətlə  izlənilib.

Sonra çıxış edən həkim metodist, epidemioloq Lətafət Dadaşova “Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda təqdimatla çıxış edib.   

Sonda mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub.