“Mülki Müdafiə“ mövzusunda maarifləndirici təlim

Paylaş:
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Hərbi Komissarlığı və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab rayon Gəlmə kənd orta məktəbində “Mülki Müdafiə“ mövzusunda maarifləndirici təlim keçirildi. Təlimdə giriş sözü Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi çıxış edərək, bildirdi ki, gənclərimizin hərbi vətənpərvərlik hisslərinin daha da güclənməsində böyük əhəmiyyət kəsb edir. Mülki Müdafiə təlimi fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəlmişdir deye qeyd etdi.