Dövlət Komitəsi sədrinin Dağıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəsi ilə görüşü keçirildi

9 aprel 2018

Paylaş:

9 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr Hicran Hüseynovanın Dağıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəsi cənab Askenderov Marat Arsenoviç, Dağıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəsinin müavini Aslanov Şamil Germanoviç, Xarici əlaqələr şöbəsinin baş mütəxəssisi - eksperti Omarova Kabira Omarovna ilə ikitərəfli görüşü keçirilib.

Görüş çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə fəal qadınların təlimlərə cəlb edilməsi və digər məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının bərabər seçki hüququ qazanmasının 100 illiyi ilə bağlı, ölkədə gender bərabərliyinin təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər və uşaq nikahları ilə mübarizə sahəsində ölkənin təcrübəsi ilə bağlı məlumatları qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində razılığa gəliblər.